XİDMƏTLƏRİMİZ
30.12.2014
Reklam maşınları

Hərəkətli  Bilbordlar 

Hərəkətli bilbordlar xüsusi marşrut və qrafik üzrə hərəkət edərək şəhər sakinlərinin diqqətini sifarişçilərin işıqlı reklamına cəlb edir. Hazırda şirkətimizin avtoparkında 7 ədəd hərəkətli bilbord (reklam maşını) mövcuddur.

 

Çevikliyi 

Hərəkətli bilbordların əhəmiyyətli fərqləndirici xüsusiyyətlərindən biri onun maksimum dərəcədə çevikliyidir. Yəni bilbord tam olaraq mobil olduguna görə onu istənilən şəkildə (orijinallığa baxın) istənilən yerdə və zamanda istifadə etmək mümkündür.

 

Orijinallığı  

Hərəkətli bilboardlar digər nəqliyyat vasitələrində olan reklam xidmətlərindən öz orijinallığı və cazibədarlığı ilə seçilir. Belə ki, bizim hərəkətli bilbordlar ictimai nəqliyyat vasitələri üzərindəki reklamlardan, stasionar bilbord və panolardan yeniliyi, parlaq rəngi və orijinal imkanları ilə diqqəti cəlb edir. Reklam maşınlarının 3 tərəfi şüşədən olduğundan bu avtomobilləri bir növ mobil stend kimi də istifadə etmək mümkündür.

 

Qrafiki və Marşrutu

Bizim reklam maşınlarımız 30 təqvim günü olmaqla fəsildən asılı olaraq 3 iş qrafiki ilə gündə 10 saat hərəkət edirlər. Qrafiklərimiz müştərinin istəyinə uyğun olaraq aşağıdaki kimidir: 10:00-20:00,11:00-21:00,12:00-22:00.

Marşrutlarımız xüsusən elə seçilmişdir ki, Bakı şəhərinin ən gediş-gəlişli prospekt və küçələrini tam olaraq əhatə etsin.

 

 

  • 1.Cıdır
  • 2.Azadlıq prospekti  
  • 3.Bakıxanov küçəsi   
  • 4.İnşaatçılar prospekti  
  • 5.Haqverdiyev küçəsi    
  • 6.Hüseyn Cavid prospekti  
  • 7.Landau küçəsi    
  • 8.Parlament prospekti     
  • 9.Mehdi Hüseyn küçəsi    
  • 10.Şeyx Şamil küçəsi      
  • 11.İstiqlaliyyət küçəsi    
  • 12.AzNeft dairəsi          
  • 13.Neftçilər prospekti   
  • 14.Yusif Səfərov küçəsi   
  • 15.Ramstor dairəsi     
  • 16.Xətai prospekti    
  • 17.Gənclik dairəsi   
  • 18.Həsən Əliyev küçəsi       

 

  • 1.Cıdır
  • 2.Azadlıq prospekti
  • 3.Həsən Əliyev küçəsi
  • 4.Səməd Vurğun küçəsi
  • 5.Bül-bül prospekti
  • 6.Neftçilər prospekti
  • 7.Uzeyir Hacıbəyov küçəsi
  • 8.Rəşid Behbudov prospekti
  • 9.Bakixanov küçəsi
  • 10.Tbilisi prospekti
  • 11.İzmir küçəsi
  • 12.İnşaatçılar prospekti
  • 13.Nəriman Nərimanov prospekti
  • 14.Şeyx Şamil küçəsi
  • 15.İstiqlaliyyət küçəsi
  • 16.Azərbaycan prospekti
  • 17.Şixəli Qurbanov küçısi
  • 18.Zivərbəyov küçəsi
  • 19.Bakıxanov küçəsi

                                                                                                            

Gündəlik nəzarət

Maşınlarımız hər gün qarajdan çıxarkən reklam daşıyıcılarının işlək vəziyyətdə olması yoxlanılır,təmiz və görünən şəkildə işə başlaması təmin olunur.

 

İşıqlandırma  

Bizim hərəkətli bilbordlar xüsusi reklam avadanlığı olub hər birisi yüksək lümenli lampalarla içəridən işıqlandırılır. Beləliklə bu növ reklam xidməti hətta gecə saatlarında olduqca effektlidir.

 

GPS izləmə imkanı

Maşınlarımızın hər birində GPS sistemi quraşdırıldığına görə müştərilərimiz reklamlarının real vaxt rejimində şəhərin harasında olduğunu internet vasitəsilə izləmək imkanına malikdirlər. Bu sistem vasitəsilə bilbordların hərəkəti,yerləşməsi, dayandığı və işə salındığı zamanı və digər məlumatlar barədə ətraflı gündəlik hesabat almaq mümkündür.

116, Azadlıq prospekti, AZ1110 - Bakı, Azərbaycan Bizi sosial şəbəkələrdə izləyin:
Tel: (+994 12) 440 28 99
(+994 12) 440 38 99
(+994 55) 440 48 99
Yeniliklərə abunə:
Email:[email protected]
© İnnomark 2014. Bütün hüquqlar qorunur.