HAQQIMIZDA

İnnomark MMC innovativ marketinq (yeni ideyalar,müasirlik,cəlbedici reklam daşıyıcıları və yanaşmalar) dizayn, geniş və müxtəlif reklam sahələrini əhatə edən şirkət kimi 2008-ci ildə fəaliyyətə başlamışdır. Hərəkətli bilbordlar (reklam maşınları) və metro qatarlarında reklam monitorları təqdim edən ilk və yeganə şirkətdir.

 

Mobil bilbordlar (reklam maşınları)

Innomark öz müştərilərinə dünya reklam bazarında yüksək effekti ilə məşhur olan və yenilik sayılan mobil billbordları təqdim edir. Hərəkətli bilbordlar xüsusi marşrut və qrafik üzrə hərəkət edərək şəhər sakinlərinin diqqətini sifarişçilərin işıqlı reklamına cəlb edir. Hazırda şirkətimizin avtoparkında GPS naviqasiya sistemi ilə təchiz olunmuş 7 ədəd hərəkətli bilbord (reklam maşını) mövcuddur. Reklam maşınlarının yan və arxa qapı hissəsi tam şəffaf olduğundan orada müxtəlif tipli maket, promo məhsulların yerləşdirilməsi də mümkündür. Bundan başqa reklam maşınında daxildən hərəkətli sistem olduğundan, verilmiş vaxt intervalında dönən bilbordların (kağız afişalar) yerləşdirilməsi də mümkündür.

 

Metropoliten qatarlarında reklam monitorları (2009-2014)

Şirkətin növbəti uğurlu və uzun müddətli layihəsi 2009-cu ildən Bakı metropoliteninin qatarlarında quraşdırılmış reklam monitorlarını müştərilərinə təqdim etməsidir. Hər vaqonda 2 ədəd olmaqla, ümumi metropoliten qatarlarının 75%-ni əhatə edən 300 monitor quraşdırılmışdır. Bu lahiyəyə 2014-cü ildə xitam verilmişdir.

 

İstehsalat

Bununla bərabər böyük istehsalat sexinə malik və avadınlıqlarla təchiz olunmuş şirkətimiz uğurla tenderlərdə iştirak edib qalib gəlmiş və uzun müddətli layihələr həyata keçirmişdir. Həmçinin şirkətimiz dövlət əhəmiyyətli layihələrdə (məhkəmə inzibatı binaları,hava limanı,muzey,yol tikintisinin informativ panoları və s) iştirak etmişdir. Müştərilərin istəklərinə uyğun xüsusi 3D formatda sərgi stendi dizaynları da təqdim olunmuş və eynilə düzəldilmişdir.

116, Azadlıq prospekti, AZ1110 - Bakı, Azərbaycan Bizi sosial şəbəkələrdə izləyin:
Tel: (+994 12) 440 28 99
(+994 12) 440 38 99
(+994 55) 440 48 99
Yeniliklərə abunə:
Email:[email protected]
© İnnomark 2014. Bütün hüquqlar qorunur.